Ermənistanla ABŞ İrəvanda Zəngəzur dəhlizini müzakirə edəcəklər

Ermənistanla ABŞ İrəvanda Zəngəzur dəhlizini müzakirə edəcəklər
SİYASƏT
11:26 09.09.2025
210
Ermənistan yaxın günlərdə ABŞ tərəfi ilə Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidmətinə Ermənistan xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Onun sözlərinə görə, ABŞ-dən olan nümayəndələrin İrəvana səfəri və aparılan müzakirələr barədə yaxın vaxtlarda məlumat veriləcək.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR