“Ermənistanla sərhəddə hər hansı təxribata dərhal cavab tədbirləri görülür”

“Ermənistanla sərhəddə hər hansı təxribata dərhal cavab tədbirləri görülür”
SİYASƏT
23:25 26.06.2022
416
Azərbaycan-Ermənistan sərhədində hər hansı təxribata dərhal adekvat cavab tədbirləri görülür.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

"Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür”, - nazir vurğulayıb.
OXŞAR XƏBƏRLƏR