Azərbaycan və Ermənistan cəbhə xəttində döyüşlərin getməsindən asılı olmayaraq sülh danışıqları davam etdiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanda rəsmi səfərdə olan Niderland Krallığının xarici işlər naziri Frans Timmermansla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, bəzi məqamları təhlil edərkən aydın olur ki, hər dəfə danışıqlarda hansısa irəliləyiş olanda təmas xəttində döyüşlər aktivləşir.“Amma biz danışıqları davam etdirməliyik, bu birmənalıdır”.XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə dünən və bu gün müzakirələrin aparıldığını əlavə edib.“Biz bir daha konkret məsələləri müzakirə etdik. Onlara bəzi məsələlərlə bağlı Azərbyacanın mövqeyi bildirilib. Bu axşam həmsədrlər İrəvana gedirlər, hansısa nəticə olsa, o zaman XİN rəhbərləri, yaxud prezidentlər səviyyəsində görüş ola bilər.Biz danlşıqları danışıqlar xatirinə aparmırıq. Bu il irəliləyişə nail olmaq istəyirik. Hər kəsə bəllidir hansı planın üzərində işləyirik. Böyük sülh sazişi üzərində nə qədər tez işə başlanılsa hər kəs üçün o qədər yaxşı olar”.Cəbhə xəttində gərginliyin Rusiyanın təxribatı olmasına dair fikirlərə gəlincə, nazir bu barədə məlumatı olmadığını deyib.