Erotik romanlar müəllifi ilə evlənən keşişə cəza verildi: Bunları edə bilməyəcək

MARAQLI
18:53 15.12.2021
477
İspaniyanın Yepiskop Konfransı erotik romanların müəllifi ilə evlənməyə qərar verən ölkənin ən gənc yepiskopuna cəza tətbiq edib.

Bəyanatda deyilir ki, Solsonanın fəxri yepiskopu Xavyer Novella-Qoma Barselona əyalətinin Suriya şəhərində Dona Silvia Kabalol-i-Klemente ilə dünyəvi nikahda olub. Bundan irəli gələrək, kanon qanunlarına görə, Novellaya hər hansı kilsə ayinlərini yerinə yetirmək və katolik kilsəsi adından dərs vermək qadağandır. Rəsmi açıqlamada o da qeyd olunur ki, Novella hələlik yepiskop kimi saxlanılır.

Xavyer Novella 2010-cu ildə İspaniyanın ən gənc yepiskopu kimi 40 yaşında təyinat alaraq şöhrət qazanıb. O, din xadimi olanda abort, eynicinsli nikah və evtanaziyanın barışmaz əleyhdarı sayılırdı. Novella həmçinin şeytan çıxarma sessiyaları keçirib və Kataloniyanın İspaniyadan müstəqilliyini müdafiə edib.
 
///Milli.Az

OXŞAR XƏBƏRLƏR