Ersin Tatar Prezident İlham Əliyevi təbrik etdi

Ersin Tatar Prezident İlham Əliyevi təbrik etdi
SİYASƏT
12:12 14.10.2023
139
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

AZXEBER.COM xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən çatdırıb.

E.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR