Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib

Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
SİYASƏT
18:21 09.08.2025
141
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb.

AZXEBER.COM xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb.

O bəyan edib: "Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında etimad mühitinin formalaşmasına, diplomatik və ticarət əlaqələrinin qurulmasına əsaslanan sülh mərhələsinə yol açır”.

ŞKTC Prezidenti bu mühüm addıma görə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın bu prosesdə göstərdiyi siyasi iradəyə müsbət qiymət verib.

Şimali Kiprin lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitənin bərpası məsələsinə xüsusi diqqət yetirib. "Birgə Bəyannamədə öz əksini tapmış "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun iqtisadi inkişafı üçün stimul olacaq”, -deyə E. Tatarın bəyanatında vurğulanıb.

Siyasətçi ABŞ-ın Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmasının vacibliyinə də toxunaraq qeyd edib ki, Vaşinqtonun bu addımı həm Azərbaycan-Amerika münasibətləri, həm də Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. O əlavə edib: "Qarşılıqlı hörmət və bərabərliyə əsaslanan əməkdaşlıq, şübhəsiz ki, uzunmüddətli sülhün və sabitliyin qorunmasının açarıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Xəyal edilməyəni siz real etdiniz”
19:43 09.08.2025
“Xəyal edilməyəni siz real etdiniz”
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
19:28 09.08.2025
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb