"Ərsiz qadının gəlinə xına yaxması düzgün deyil" - VİDEO

"Ərsiz qadının gəlinə xına yaxması düzgün deyil" - VİDEO
MAQAZİN
14:13 04.02.2026
286
Əməkdar artist Gövhər Rzayeva müasir xınayaxdılardan danışıb.
 
AZXEBER.COM xəbər verir ki, "Təpədən dırnağa" verilişində qonaq olan sənətçi hazırda ənənə olan adətləri bəyənmədiyini bildirib.
 
Onun sözlərinə görə boşanmış qadının gəlinə xına yaxmağı qəbuledilməz səhvdir:
 
"Qədimdən belə görmüşük ki, xınanı yaşı olan, "başıbütöv" qadın gəlinin əlinə yaxar. Hətta cehiz gətirdiyi yorğan-doşəyini də belə adam açar. Biz belə görmüşük, belə bilirik. İndi ailəsi dağılan xına aparan aparıcılar kənarda dayanmaqdansa özlərini ortaya atırlar. Bu düzgün deyil. 
 
O vaxtı elçi gedəndə məhlədə bir nəfər olardı, ona "qədeş" deyərdilər. Onu araçı seçərdilər. Kiməsə də qız verməyəndə, ailədə söz-söhbət olanda, deyərdilər ki, gedək "qədeş"ə ağız açaq, onun sözünü yerə salmazlar. Ona görə də indi boşanmalar çoxalıb, "qara gün"ə qalmışıq".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR