"Ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur" - Əli Əhmədov

"Ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur" - Əli Əhmədov
SOSİAL
17:32 16.02.2017
16764

"Azərbaycanda ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur".

Bunu bu gün Baş nazirin müavini Əli Əhmədov Bakının bəzi ticarət mərkəzlərində aparılan reyd zamanı jurnalistlərə deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin ən mühüm məqamlarından biri insanların zəruri tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün bütün zəruri addımların atılması ilə əlaqədardır: "Təbii ki, bu istiqamətdə görülən işlər arasında əhalinin keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin edilməsi ən əsas yerlərdən birini tutur. Hökumətin apardığı siyasətdə də ərzaq məhsullarının qiymətinin süni surətdə artırılmasının qarşısının alınması ən ümdə vəzifələrdən biridir. Bu istiqamətdə bu gün ticarət mağazasında qarşılaşdığımız vəziyyət, bizə verilən məlumatlar belə bir fikir söyləməyə əsas verir ki, mətbuatda geniş müzakirələr aparılmasına rəğmən, ticarət-satış mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Hər halda bugünkü reydimiz zamanı bizə verilən məlumatlardan bu qənaətə gəldik".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları içərisində daxili istehsal üstünlük təşkil etməyə başlayıb: "Bu o deməkdir ki, Azərbaycanın ərzaq istehlakı bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Əhalinin ərzaq məhsullarına olan ehtiyacının böyük hissəsi daxili istehsal hesabına ödənilir. Bu isə o deməkdir ki, qiymətlərin artırılması üçün obyektiv əsaslar yoxdur. Manatın dollara nisbətdə məzənnəsi ilə məlum olan dəyişikliklər, əgər istehsal daxildə həyata keçirilirsə, ərzaq məhsullarının qiymətlərinə elə də ciddi təsir etməyəcək".


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək