'Əsas məqsədimiz bu soyqırıma siyasi və hüquqi qiymətin verilməsini təmin etmək, ədalətin qələbə çalması yolunda uğur əldə etməkdir'
17:45 26.02.2013
827
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Xocalı soyqırımı məsələsində Azərbaycanın hər zaman Türkiyə və qardaş Türkiyə xalqından böyük dəstək gördüyünü bildirib.AZXEBER.COM-un məlumatına görə, XİN sözçüsü bunu Türkiyənin CİHAN agentliyinə müsahibə verərkən bildirib.Cənab E.Abdullayev müsahibə zamanı Xocalı faciəsi haqda həqiqətləri, bu qətliamın artıq dünyanın bir sıra ölkələri tərəfindən soyqırım kimi tanındığını açıqlayıb. Xocalı soyqırımını törədən cinayətkarların hələ də azalıqda olduqlarını və Ermənistanda yüksək vəzifələrdə oturduqlarını açıqlayan Elman Abdullayev bildirib ki, hazırda əsas vəzifə dünya ictimiayyətinə bu həqiqətləri çatıdırmaqdır: