'Əsas populyar olmaq deyil, əsas xalqın sevgisini qazanmaqdır'

MAQAZİN
10:07 22.02.2013
1850

Onlar söz duelini davam etdirir.

AZXEBER.COM-un məlumatına görə, bir müddət öncə DJ Roshkanın atmacalarına DJ China cavab verdi.“Super kimdir?” verilişi vasitəsi ilə müdafiəyə çıxan DJ China bunları deyib:“O DJ-lər ki deyir, mən başqa ölkələrin DJ festivallarında yer tutmuşam, qoy əvvəlcə Azərbaycanda bir yer tutsunlar, sonra başqa ölkələrə əl atsınlar. Əsas populyar olmaq deyil, əsas xalqın sevgisini qazanmaqdır.Mən fəxr edirəm ki, mənim paxıllığımı çəkən DJ-lər var. Deməli, mən varam! DJ-lərin ilk yüzlüyündə mənim adım varsa, deməli, mən nəyəsə nail olmuşam!” – deyə, Çingiz Mustafayev od püskürdü.DJ China ünvanına daş atan DJ Roshkanı isə yıxıb sürüdü:“Mən belə bir DJ tanımıram” –deyə, iddia etdi.DJ Roshka isə davasından əl çəkmədi:“Əgər məni tanımırsa, deməli, toylardan başı açılmır. Başı açılsa, tanıyar. Mənimlə də bir neçə dəfə görüşüb və deməli, məni yaxşı tanıyır”.DJ Roshka tezliklə 8 trekdən ibarət albom buraxacağını da bildirdi.Həmin alboma daxil olacaq treklərdən biriniGün.Azoxucularına eksklüziv olaraq təqdim edirik:

OXŞAR XƏBƏRLƏR