Əsəbi zəif olanlar bu videoya baxmasın - VİDEO 18+
MARAQLI
10:21 26.07.2013
16668
Çinin Tibet bölgəsində yaşayan və “Vacrayana” buddizminə inanan bəzi qəbilələr ölülərini parçalayaraq qırğılara yedirir. “Göy üzünə basdırılış” adlı mərasimdə buddistlər ölənlərin ruhlarının bu yolla başqa ruhlarda yenidən dünyaya gəldiyinə inanırlar. Bundan başqa buddist rahiblər inanır ki, cəsədləri yeyən qırğılar təbiətdəki digər kiçik canlıları ovlamır və bu yolla ətraf mühit də qorunmuş olur.Məlumata görə, “Səssizlik qülləsi” adlı bir məkanda bir müddət gözlədilən cəsədlər daha sonra rahiblər tərəfindən bıçaq və balta ilə parçalanaraq qırğılara atılır.Qırğıların yemədiyi sümüklər isə daha sonra üyüdülərək başqa yemlərə qarışdırılır və qarğalara yedirilir.İcazə verilməməsinə baxmayaraq turistlər Vacrayana rahiblərinin bu mərasimlərini çəkməyə müvəffəq olublar.Əsəbi zəif olanların və 18 yaşından kiçiklərin bu videoya baxması məsləhət görülmür.