Əsəd rejiminin qanlı mirası: Dəməşqdə kütləvi məzarlıqlar üzə çıxdı

DÜNYA
11:26 29.01.2025
116
Suriyada Əsəd rejiminin törətdiyi hərbi cinayətləri ortaya çıxaran kütləvi məzarlıqların axtarışları davam etdirilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, zirzəmilərdə tapılan meyitlərin bəzilərində şiddətli işgəncə izlərinin olduğu, bəzilərinin isə yandırılaraq öldürüldüyü müəyyən edilib. 

Sbene qəsəbəsində Suriya əsgərləri iki ayrı zirzəmidə ən azı 26 yanmış və güllələnmiş cəsəd tapıblar. 

Ölənlər arasında qadın və uşaqların da olduğu ehtimal edilir.

Açıqlamaya görə, Əsəd rejiminin devrilməsindən sonra Suriyada 780-dən çox cəsəd tapılıb. 

Kütləvi məzarlıqlardakı cəsədlərin çoxunun şəxsiyyəti hələ də müəyyən edilməyib. 

Bəzi cəsədləri heyvanlar açsa da, digərlərini yerli insanlar görüblər. 

Mikayıl

OXŞAR XƏBƏRLƏR