Suriya Prezidenti Bəşər Əsəddən Türkiyə-Suriya münasibətləri ilə əlaqədar diqqətçəkən açıqlama verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Əsəd Qərblə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ ilə danışıqlar apardıqlarını açıqlayıb.
Dünən verdiyi müsahibədə Əsəd Suriya rəhbərliyinin vaxtaşırı ABŞ rəsmiləri ilə görüşdüyünü qeyd edərək, "ABŞ hazırda ərazilərimizin bir hissəsini işğal edib. Hələ də onlarla görüşürük, lakin bu danışıqlar heç bir yerə getmir" deyib.
Qərblə münasibətləri yaxşılaşdırmaq mümkün olub-olmaması ilə bağlı suala Suriya lideri "Ümid həmişə var. Nəticə olmayacağını düşünsək belə, cəhd etməliyik" cavabını verib.
2011-ci ildə başlayan müharibədən sonra Suriya son zamanlar xüsusilə Körfəz ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa başlayıb.
Ötən il Türkiyə ilə Suriya arasında normallaşma danışıqları da gündəmdə olub, lakin Dəməşq rəhbərliyi danışıqların davam etdirilməsi üçün türk əsgərlərinin Suriyadan çıxarılmasını tələb edib.
Mikayıl