Əsədə qarşı sui-qəsd idiası: Zəhərləyərək öldürmək istədilər?

SOSİAL
00:36 03.01.2025
229
Rejimin süqutundan sonra Rusiyaya qaçan Suriyanın devrilmiş lideri Bəşər Əsədin zəhərlənərək öldürülməsinə cəhd edildiyi iddia edilib.
 
AZXEBER.COM xarici mətbuata istindən xəbər verir ki, iddialara görə devrilmiş lider Moskvada zəhərlənmə cəhdi nəticəsində şiddətli öskürək və boğulmalara məruz qalıb.
 
Keçmiş rus agentinin sözlərinə görə, Əsədə qarşı sui-qəsd uğursuz alınıb.
 
İddialara görə, müayinələr nəticəsində onun orqanizmində zəhər olduğu müəyyən edilib və hazırda onun evində müalicə olunduğu, vəziyyətinin stabil olduğu bildirilib.
 
İddia dünya mətbuatında geniş işıqlandırılsa da, Moskvadan heç bir açıqlama verilməyib.
 
Xatırladaq ki, Əsəd və ailəsi hazırda Moskvada mühacirətdə yaşayır. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR