Bu mesajlar arasında 11 dekabr 2011-ci il tarixdə Bəşər Əsədə göndərilən bir qadına aid yarıçılpaq fotoşəkil də vardı. Qadının üzünün görünməməsi isə “Bəşər Əsəd həyat yoldaşını aldadır” şaiyələrinə səbəb olmuşdu. Ərəb dünyasının populyar xəbər saytı “Al Bawaba” isə fotoşəklin Əsma Əsədə aid olduğunu iddia edir.Bəşər Əsəd bərasində, “O minlərlə insanı öldürə bilər. Amma həyat yoldaşını əsla aldada bilməz” yazan sayt fotoşəkildə olan qadının saçları, qulağı, qaşları, göz quruluşu və vücud rəngi kimi xüsusiyyətlərinin Əsma Əsədə çox bənzədiyini bildirib. Xəbərdə həmçinin bildirilir ki, ətrafda olan əşyalar bu yerin otel otağı olduğuna işarədir.Qeyd edək ki, alış-veriş üçün tez-tez Londona gedən Əsma Əsədin yeni aldığı alt paltarını göstərmək üçün bu fotoşəkli Bəşər Əsədə göndərdiyi güman olunur.
![](/file/pic/xeber/2012-04-16/137402.jpg)