Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Zahid Oruc deyib. Millət vəkili Azərbaycan Ordusunda baş verən əsgər ölümü halları ilə bağlı fikirlərini bölüşüb: "Əsgər ölümləri hər birimizi narahat edir. Müvafiq tədbirlər həyata keçirilməlidir ki, heç bir halda övladını hərbi xidmətə göndərən valideyn əvəzində tabut almasın. Həmçinin hər bir əsgərin ölümü düşmənin mövqeyini gücləndirir. Ola bilsin ki, onlar birbaşa cəbhə xəttində deyillər, amma yerinə yetirdikləri funksiya düşmənə qarşıdı. Ötən dəfə də dediyim ki, orduda böyük islahatlar proqramı həyata keçirilməli, orduda idarəçilik sistemində köklü dəyişikliklər edilməli, hökümət üzərində müəyyən vəzifələr qoyulmalıdır. Əks halda neqativ halları dayandırmaq mümkün olmayacaq. Çox pis haldır ki, Azərbaycan mediasında, cəmiyyətində bu faciələr artıq o qədər baş verib ki, sanki adiləşib. Bu, qətiyyən belə olmamalıdır. Çünki hər bir əsgərin ölümü həm ailəsi, həm də ordu və millət üçün faciədir.
Doğrudur, hər bir halda, elə əsgər Ceyhun Qubatovun ölümündə də həmin hadisə ilə bağlı istintaq aparıldı, günahkarlar cəzalandırıldı və cəzalandırılır. Lakin bununla belə halların qarşısını almaq çətindir. Dünən parlamentdə ombudsmanın hesabatında da bu məsələlər müzakirə olundu. Cəmiyyətin ordu üzərində nəzarətini bərqərar etmək lazımdır. Elə sistem qurulmalıdır ki, ordudakı münasibətlər bütövlükdə hüquqa dayanıqlı olsun və hər kəsin haqqı qorunsun."
Ceyhun