Suriyada amansız cinayətlər törətmiş Bəşər Əsəd qüvvələri insanlara verdikləri işgəncə ilə fəxr edir. Bir bölgədə həyata keçirilmiş basqın zamanı hərbçilərin tutduğu 3 qadın və bir kişiyə verilən dəhşətli işgəncələr insanı şoka salır. 3 ay əvvəl internetə yüklənmiş görüntülərdə insanların işgəncələrə məruz qalması çılpaqlığı ilə nümayiş olunur. Mobil telefonlarla çəkilmiş fotolar maraqlıdır ki, sonradan youtube-yə yüklənir.
Daha dəhşətlisi isə odur ki, Əsəd əsgərləri işgəncə verdikləri insanlara mənəvi zərbələr də vururlar. Video-kadrlarda da görünür ki, onlar heç bir günahı olmayan ailənin üzvlərini döyə-döyə dilə gətirilə bilməyəcək sözlərlə təhqir edib-söyürlər.
Bu Suriyada insanlığa sığmayan cinayətlər silsiləsindən sadəcə biridir.