Əsgərləri kameranın qarşısında güllələdilər - VİDEO (18+)

MARAQLI
11:48 17.05.2013
5465

İnternetdə Suriyada baş verən dəhşətlərlə bağlı növbəti video yayılıb.

AZXEBER.COM-un "Yurd TV"yə istinadən verdiyi məlumata görə, üsyançılar Bəşər Əsədin 11 döyüşçüsünü güllələyiblər.Əsirlərin gözlərini bağlayıb, dizi üstə qoyublar. Onlara hökm oxunduqdan sonra boyunlarının ardından güllə ilə vurulublar. Reyters agentliyi bildirir ki, cəllad ölüm hökmündə qeyd edir ki, “Deyrö-əz-Zeyr şəriət məhkəməsi bu dönük əsgərləri bizim Suriyada yaşayan qardaşlarımızı və ailələrimizi qətlə yetirdiklərinə görə edam cəzasına məhkum edib”. Qeyd edək ki, Suriyada baş verən vəhşiliklər bütün dünyanın gözləri qarşısında baş verir. Artıq 3-cü ildir ki, bu ölkədə vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində vətəndaş müharibəsi qurbanlarının sayı 94 minə çatıb.

OXŞAR XƏBƏRLƏR