Əsgərlikdən qaçdığı üçün polis bölməsində döyüldü - VİDEO

DÜNYA
12:50 27.12.2012
2591

Türkiyənin İstanbul şəhərində hərbi xidmətdən qaçdığı iddia edilən Hayati D. polislər tərəfindən vəhşicəsinə döyülüb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, hadisə təhlükəsizlik kamerasının yaddaşında qalan görüntülərlə aşkarlanıb.

Polis bölməsinə gətirilən Hayati D. burada 7 polisin hücumuna məruz qalıb. Onun uzun müddət döyüldüyü, hətta polislərdən birinin onun başı üzərinə çıxaraq təpiklədiyi qeyd edilib.

Aparılan araşdırmalar nəticəsində Hayati adlı şəxsin əslində hərbi xidmətə yararlı olmadığı məlum olub.

OXŞAR XƏBƏRLƏR