Əsir düşən erməni snayper qadının Livana təhvil verilməsi ilə bağlı -RƏSMİ MƏLUMAT

Əsir düşən erməni snayper qadının Livana təhvil verilməsi ilə bağlı -RƏSMİ MƏLUMAT
SİYASƏT
14:37 11.03.2021
2715
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı birləşmələri tərkibində döyüşən və Azərbaycana əsir düşən erməni əsilli muzdlu snayperçi qadın, Livan vətəndaşı Maral Nacaryan ölkəsinə qaytarılıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Beynəlxalq Qırımızı Xaç Komitəsinin iştirakı ilə snayperçi qadın Beyrutdakı evinə göndərilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Əliyeva Trend-ə açıqlamasında faktı təstiqləyib.

Qurum rəsmisi bildirib ki, komitə münaqişə nəticəsində saxlanılan bir nəfərin öz ölkəsinə - Livana qayıtmasına yardımçı olub. Həmçinin komitə əməkdaşları həmin şəxs Azərbaycanda saxlanıldığı vaxtlarda baş çəkib və onun ailəsilə əlaqə saxlamaq üçün şərait yaradıb.

Xatırladaq ki, erməni əsilli Livan vətəndaşı M.Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonunun işğaldan azad edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
OXŞAR XƏBƏRLƏR