Əsirlərimiz üçün nə edə bilərik?…

Əsirlərimiz üçün nə edə bilərik?…
KÖŞƏ
03:04 16.03.2015
2592

Əhməd Şahidov

Dilqəm Əsgərov və Şahbaz Quliyev bizi gözləyir, bəs biz nəyi gözləyirik?!

Özümü tanıyandan həmişə ailə üzvlərim, yaxınlarım və sevdiklərim üçün həyəcan keçirmişəm. Məsələn, anam səhər işə gedəndə fikirləşmişəm ki, yolu keçəndə nəsə hadisə baş verər, atam telefona cavab verməyəndə tez ağlıma mənfi fikirlər gəlib, oğlumu bağçaya aparıb evə qayıdanda narahat olmuşam ki, birdən oğlumu bağçada müəlliməsi vurar və ya nə bilim, mən xaricdə olanda ailəmin mənə ehtiyacı olar və sairə. Bu fikirlər həmişə mənimlədir, bu hisslərlə yaşayıram və daha məsuliyyətli olmağa çalışıram – gün ərzində bir-neçə dəfə anama zəng edirəm, kefini soruşuram, atamla daha çox vaxt keçirməyə çalışıram, günaşırı oğlumun bağçasına qəfil gedib yoxlayıram… və inanın ki, rahatlayıram. Həm özüm rahat oluram, həm də yaxınlarımın rahat yaşamasına çalışıram.

Kəlbəcərdən olan həmvətənlərimizlə bağlı xəbərləri eşidəndən sonra içimə bir qayğı da dolub. Hər zaman o iki şəxsi düşünürəm – görəsən ermənilər onlara nə deyir, necə təhqir edir, alçaldır, döyür və söyürlər? Hər gün neçə dəfə onları soyuq kamerada içgəncələrə məruz qoyur, ac buraxır və gülürlər onlara? Görəsən, Dilqəm və Şahbaz gecələr necə ağlayır, sızıldayır və Allaha necə dualar edirlər… və bizim onları azad edəcəyimizi gözləyirlər? Gözləyə-gözləyə artıq bir ilin içində qocalıblar, əldən düşüblər, nələrə qatlanıblar ölməmək üçün, neçə dəfə özlərini saxlayıblar intihar etməmək üçün… bir Allah bilir.

Bir anlıq özümü onların yerinə qoyuram. Ya onların yerinə, ya da onların yaxınlarının yerinə. Çünki, o ağrını, o acını duymaq üçün gərək onu yaşayasan. Bir anlıq fikirləşirəm ki, Dilqəm Əsgərov mənim atamdır və mən onun doğmaca oğluyam. Mən Bakıdayam, atam isə erməni əsirliyində. Heç bir səs-sorağ yoxdur atamdan, sadəcə, hər həftə erməni mətbuatında atamın foto və video görüntülərini görürəm. Görürəm və dəli oluram. Atamın o vəziyyətə düşdüyünü görmək bir oğul kimi məni öldürür, fikirləşin, görün atam nələr çəkər. Dəhşətdir… sadəcə təsəvvür etmək belə dəhşətdir.

Bir oğul kimi bütün varlığımla atamın xilası üçün çalışaram. Bilmirəm, konkret nə edərəm, hara gedərəm, amma evdə boş oturmaram. Dövlətdən xahiş edərəm, insanlardan, tanıdığım, bildiyim hər kəsdən kömək istəyərəm, bütün səfirliklərin qapısını döyərəm, BMT, ATƏT, Qırmızı Xaç, nə bilim daha haralara gedərəm. Yalvararam, ağlayaram, xahiş edərəm, tələb edərəm, yaxasından yapışıb atamın əsirlikdən buraxılması üçün nələrsə edilməsini istəyərəm. Allahdan istəyərəm, gecə-gündüz dualar edərəm Yaradana! İnsanlar eşitməsə də, Allah hər şeyi eşidən və görəndir!

Gəlin, təsəvvür edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev təkcə mənim atam deyil, sizin əminiz, dayınız, qardaşınızdır! Hamımız nələrsə edək, nəsə etməyə çalışaq. Hər şeyi dövlətin üzərinə buraxmayaq, çünki biz də bu cəmiyyətin bir parçasıyıq. Atamız işdən gec gələndə, anamızın telefonuna zəng çatmayanda necə narahat oluruqsa, Dilqəm və Şahbaz barədə də elə narahat olaq!

Xaricdə oxuyan tələbələr, yaşayan və işləyən soydaşlarımız, sadəcə turist kimi hansısa ölkəyə səfər edən azərbaycanlılar, bilin ki, Dilqəm və Şahbaz sizlərdən nəsə gözləyir. Onlar göydə Allah, yerdə isə sizdən nəsə umur və gözləyir! Qarşınıza çıxan hər kəsə onlar haqqında danışın, hər kəlməniz Dilqəm və Şahbazla başlasın. Yorulmayın, çəkinməyin, utanmayın, usanmayın! Eybi yox, xaricdə sizə gülə də bilərlər, küçənin ortasında təkbaşına dayanan bu dəlinin kim olduğunu soruşub qəh-qəhə də çəkə bilərlər. Amma siz yolunuzdan dönməyin! Çünki, sizin hələ də nələrsə etdiyinizi düşünən iki nəfər var – Dilqəm Əsgərov və Şahbaz Quliyev. Onların gözünü yolda qoymayaq! Atamızı yolda qoymayaq! Qardaşlarımızı darda qoymayaq!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı