Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi, Ruslan Pənahov doğulduğu Şəmkir rayonuna gəlib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, Ruslan Pənahov ötən gün axşam saatlarında ailəsinə qovuşub.
Qeyd edək ki, Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi martın 5-də Ermənistandan Bakıya gətirilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.










































