xari

“Əsl qalib siz olacaqsız”- Elnur Abbaszadənin seçicilərə - Videomüraciəti

Seçki2020
17:04 17.01.2020
4436
41 saylı Sumqayıt birinci seçki dairəsindən deputalığa namizəd hüquqşunas Elnur Abbaszadə seçicilərinə videmüraciət edib.

AZXEBER.COM hüquqşunas Elnur Abbaszadənin videomüraciətini təqdim edir:

Əziz sumqayıtlılar, 41 saylı Sumqayıt birinci seçki dairəsinin çox hörmətli sakinlər

Bildiyiniz kimi, fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək, məhz həmin gün Siz sumqayıtlılar – 41 saylı Sumqayıt birinci seçki dairəsinin ərazisində yaşayan sakinlər də öz deputatını seçəcək. Səsinizə sahib çıxın, seçkilərə gəlin! Mən Sumqayıtda doğulub yaşayan bir insan kimi Sizin hər birinizi yaxşı tanıyıram hər birinizin qayğısı mənim qayğılarımla eynidir. Bu qayğıaları biz birlikdə çalışıb həll edəcəyik.

Məlumatlar alıram ki, insanları ruhdan salmaq üçün şayiələr yayırlar, guya deputat artıq seçilib, seçkiyə getməyin mənası yoxdur və sairə. Əslində isə belə deyil, bu şayiələri qəsdən yayırlar ki, siz seçkiyə getməyəsiniz və bu yolla da öz məqsədlərinə nail olsunlar. Mən inanıram ki, əgər siz seçkiyə gəlib səsinizi istədiyiniz namizədə versəniz, heç kim haqqımızı yeyə bilməyəcək.

Başa düşürəm, saxta vədlərdən, yalançı çağırışlardan bezmisiniz, yorulmusunuz, növbəti 5 il ərzində daha aldanmaq istəmirsiniz. Çünki ötən 5 il ərzində problemləriniz daha da çoxaldı. Seçki vaxtı siz insanların ayağına gəlməyə hazır olanlar deputat olandan sonra sizləri görməyə gəlmədilər, qəbul etmədilər, problemləriniz üst-üstə yığılıb qaldı. Amma geri çəkilmək olmaz! Gəlin, bu dəfə üəriyimizin səsinə qulaq asaq, odlu-alovlu danışıb haqqınızı yeyən adamlara yox, sizin haqqınızı yedirtməyən insana səs verin! Mən təcrübəli hüquqşunas olaraq insan huqularının qorunması istiqamətində daim çalışmışam,və bu istiqamətdə hər zaman öz fəalliyyətimi davam etdirəcəm.

Bilirsiniz ki, dövət başçısının rəhbərliyi ilə ölkəmizdə islahatlar həyata keçirilir, bütün sahələrdə gənclər önə çəkilir, özünə hörmət edən yaşlı insanlar geri çəkilərək yerlərini gənclərə verdilər. Bu, Milli Məclisdə də belə olmalıdır, ömrünün ahıl vaxtına qədər vəzifə tutmuş adamların, deputatların indi yenidən bu yaşda deputatlıq eşqinə düşməsi başadüşülən deyil. Əziz bacı və qardaşlarım, sizlərə gənc, enerjili və savadlı deputat lazımdır, elə bir deputat ki, birbaşa hüquqlarınızı müdafiə edə bilsin, səsinizi hər yerə çatdırsın, problemlərinizi öz problemi hesab eləsin.

Səsinizi mənə etibar edin! Mən deputat seçilərəmsə, hər bir şəxsin deputatı olacağam. Hər bir şəxs hiss edəcək ki, mən onun vəkiliyəm və onu parlamentdə təmsil edirəm. Nəzərinizə çatdırım ki, əgər deputat seçilərəmsə, ilk olaraq bu addımları atacam:

Bügündən başlayaraq təbliğat vaxtı görüş keçirdiyim şəxslərin iştirakı ilə seçkidən dərhal sonra bir təşkilat yaradacağam (QHT). Bu təşkilatın ofisi elə öz ərazimizdə yerləşəcək. 41 saylı Sumqayıt birinci seçki dairəsində yaşayan istənilən şəxs bu təşkilata öz evi kimi baxacaq. Hər birinizin problemini hamımız yığışıb birlikdə qərar verəcəyik və bundan sonra mən bunun həllinə nail olacam. Yəni qərarı siz verəcəksiniz, işi mən görəcəm.

Təbliğat-təşviqat prosesində yaratdığımız qərargah heç vaxt bağlanmayacaq. Ən azı həftədə 1 dəfə sizinlə görüşüm olacaq. Mənə zəng etməyə, məktub yazmağa ehtiyac olmayacaq. Çünki mən sizə o qədər yaxın olacam ki, buna ehtiyac qalmayacaq.

Biilirəm ki, problemləriniz çoxdur, bu problemlərin indiki halda olmayacağına, əslində həllinin mümkün olduğunu görəcəksiniz. Bu sizə ilk müraciətim olduğuna görə o problemlərin hamısını bir-bir saymaq istəmirəm, amma növbəti video müraciətlərimdə sizi narahat edən problemlərdən danışacağam. Bundan sizlərlə səmimi görşlərimiz olacaq.

Bilirsiniz ki, mən hüquqşünasam və uzun illərdir peşəkar hüquqşünas kimi çox mühüm işlər görmüşəm. Problemlər həm də qanunları bilməməkdən yaranır. Əmin olun, hər birinizin hüquqlarının qoruyucusu kimi daim yanınızda olacağam. Heç kəs sizə qarşı qanunsuzluq edə bilməyəcək.

Əziz bacı və qardaşlarım!

Bu sizlərə ilk müraciətimdir inanıram ki, sumqayıtlılar doğruya, haqqa səs verəcəklər. Mən çağırış edirəm ki, inandığınız, üzünü görə biləcəyiniz,və sizin yanınızda olana səs verin. Yalan informasiyalara, şayiələrə uymayın. Əgər ürəyinizin səsinə qulaq asıb səsinizi verəcəksinizsə, o zaman mən deputat olacağamsa, əsl qalib isə sizlər olacaqsınız.

41 saylı Sumqayıt birinci seçki dairəsində yaşayan əziz qardaş və bacılarım! Mən inanıram ki, seçkilər şəffaf və demokratik keçiriləcək. Bundan sonra da sizlərə videomüraciətlərim olacaq.

Bu dairədə mənimlə bərabər deputatlığa namizədliyini irəli sürən şəxslərə də sağlam rəqabət və uğurlar arzu edirəm.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 16.01.2021

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO

17:16 16.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

17:03 16.01.2021

40 yaşlı qadın su kanalında batdı

16:36 16.01.2021

Vüqar Rəhimzadə: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq