Əsnəmək yalnız yorğunluq və ya yuxusuzluq əlaməti deyil, həm də beynin fəaliyyətini dəstəkləyən mühüm mexanizm kimi qiymətləndirilir.
AZXEBER.COM xəbər verir ki, aparılan yeni tədqiqat göstərib ki, əsnəmə zamanı beyin-omurilik mayesinin axını artır. Bu isə beynin təmizlənməsi və zərərli maddələrin uzaqlaşdırılmasına kömək edir.
Alimlər bildirir ki, əsnəmə adi nəfəsalmadan daha güclü təsirə malikdir və onu basdırmaq mümkün deyil. Həmçinin bu proses zamanı qan dövranı sürətlənir, beynin temperaturu tənzimlənir.
Tədqiqatçılar hesab edir ki, əldə olunan nəticələr gələcəkdə miqren kimi nevroloji xəstəliklərin öyrənilməsində yeni imkanlar yarada bilər.
Şahanə











































