Türkiyənin Antalya şəhərində xüsusi bir klinikada plastik əməliyyat keçirmiş Songül Uzunoğlu adlı qadının dodağı çürüyüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Songül adlı qadın plastik əməliyyat olunduqdan sonra özünü pis hiss etməyə başlayıb, hətta ölüm dərəcəsinə belə çatdığını söyləyib.
Ömər Özkan adlı estetik cərrah isə bir sıra əməliyyatları sayəsində qadını normal həyatına qaytarıb. Qadın həmin tibb müəssisəsini məhkəməyə verib və təzminat tələb etməyə başlayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Həmin qadının əməliyyatdan sonrakı fotosunu təqdim edirik:
Mikayıl Mirzəzadə

