Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara başlayıb

DÜNYA
19:13 20.10.2024
152

Estoniya sərhəd mühafizəsi üçün hazırlıqlara başlayıb.

Bu barədə Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar "Defense One” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə uzaqmənzilli raketlər və pilotsuz təyyarələr alacaq.

Mütəxəssis həmçinin qeyd edib ki, Estoniya ölkənin təhlükəsizliyini təmin etmək üçün NATO-dan daha sürətli hərəkət etməlidir.

Mərkəz rəhbərinin fikrincə, ölkə müdafiə xərclərini və qısamənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasını artıra bilər.

OXŞAR XƏBƏRLƏR