Estoniya Ukraynaya indiyə qədərki ən böyük yardım paketini elan edib

Estoniya Ukraynaya indiyə qədərki ən böyük yardım paketini elan edib
DÜNYA
18:35 19.01.2023
302
Estoniya hökuməti bu gün ölkənin indiyə qədərki ən böyük hərbi yardım paketini Ukraynaya göndərmək qərarını açıqlayıb.

Bu barədə Estoniya Baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Estoniya hökuməti müdafiə naziri Hanno Pevkurun Ukraynaya uzaqdan atəş və tank əleyhinə silahlar, eləcə də ümumilikdə 113 milyon avro dəyərində sursat daxil olmaqla bu günə qədər ən böyük hərbi yardım paketi təqdim etmək təklifini dəstəkləyib.

Bununla da Estoniyanın Ukraynaya hərbi yardımı 370 milyon avroya qədər artıb və Estoniyanın ümumi daxili məhsulunun (ÜDM) 1%-ni keçib.

Hərbi yardımla bağlı Estoniya Baş naziri deyib ki Ukrayna məğlub olarsa dünyanın başqa yerlərində də azadlıq təhlükə altına düşəcək. "Estoniyalılar öz ağrılı tarixlərindən bilirlər ki, şər zəfər çalanda və böyük bir ölkə kiçikləri udanda nə olur. Ukrayna yıxılsa, dünyanın başqa yerlərində də azadlıq təhlükə altına düşəcək. Ukraynaya öz müstəqilliyini müdafiə etməkdə kömək etməklə biz bütün ölkələrin, o cümlədən Estoniyanın azadlıq və demokratiya hüququnu müdafiə edirik. Buna görə də bizim Ukraynaya hərbi yardımı davam etdirməyimiz vacibdir. Bugünkü qərarla biz Ukraynaya ən çox ehtiyacı olan silahları göndəririk. Ukrayna bu yardımı birbaşa Estoniyadan istəyib, bu xüsusi silahlara ehtiyacı prezident Zelenski də Riqada Birgə Ekspedisiya Qüvvələrinin (JEF) liderlərinin son görüşündə vurğuladı”, Baş nazir Kaya Kallas bildirib.

Müdafiə naziri Hanno Pevkur isə Ukraynanın ağır silahlara böyük ehtiyacı olduğunu deyib. "Ukraynanın üstünlüyü saxlamaq və hazırda hərbi gücünü bərpa etməyə hazırlaşan Rusiyaya tab gətirmək üçün ağır silahlara ehtiyacı var. Ən çətin döyüşlər hələ qarşıdadır. Biz və müttəfiqlərimiz Ukrayna əsgərlərinin döyüş qabiliyyətinə birbaşa təsir göstəririk. Buna görə də nümunə göstərmək və digər müttəfiqləri yardım göstərməyə həvəsləndirmək vacibdir”, - deyə müdafiə naziri Hanno Pevkur bildirib.

Qeyd edək ki, bu dəfəki hərbi yardım paketi haubitsalarda, döyüş sursatı, artilleriya dəstək avadanlığı və qumbaraatanlardan ibarətdir. Paketin ümumi dəyəri təxminən 113 milyon avro təşkil edir. Əvvəlki yardım paketləri ilə Estoniya Ukraynaya "Javelin" tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, nəqliyyat vasitələri, rabitə vasitələri, tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr, quru qida paketləri verib.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik