Estoniyanın dəniz limanlarına Rusiya gəmilərinin girişi qadağan edilib

Estoniyanın dəniz limanlarına Rusiya gəmilərinin girişi qadağan edilib
DÜNYA
20:22 12.10.2022
219
Estoniyanın dəniz limanlarına Rusiyada qeydiyyatdan keçən gəmilərin girişi qadağan edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı Estoniyanın "rus.err.ee” saytı yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynada apardığı müharibənin 8-ci ayında Estoniyanın nəqliyyat departamenti belə bir qərar qəbul edib.

Departamentin məlumatında vurğulanıb ki, bu, Avropa İttifaqı Şurasının oktyabrın 7-də Rusiyanın Ukrayna ərazisinə təcavüz etməsi ilə əlaqədar qəbul etdiyi qərara tam uyğun gəlir.
OXŞAR XƏBƏRLƏR