Esyen "Səbail"lə müqavilə imzalamaq üçün Bakıya gəldi

Esyen "Səbail"lə müqavilə imzalamaq üçün Bakıya gəldi
İDMAN
11:31 15.03.2019
2700
"Səbail"in heyətinə qatmaq istədiyi dünyaca məşhur futbolçu Maykl Esyen Bakıya gəlib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu gün paytaxtımıza gələn qanalı futbolçu "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyununu da tribunadan canlı izləyəcək.

Qeyd edək ki, vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi komandaların formasını geyinmiş yarımmüdafiəçinin Bakı klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki,Esyen bir neçə gün öncə UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı paytaxtımızda təşkil olunan "Ulduzlar finalı"nda da meydana çıxmışdı.
 
/// qol.az
OXŞAR XƏBƏRLƏR