Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı

Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
KRİMİNAL
13:46 15.08.2025
252
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb. 
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR