Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynov məcburi köçkünlərdən üzr istəyib.
AZXEBER.COM-un məlumatına görə, o Milli Məclisin yaz sessiyasının növbəti iclasnmda çıxış edərək bu sözləri deyib:
“Neçə gündür ki, mənim çıxışım konteksdən çıxarılaraq yayılır, insanları qıcıqlandırırlar. Mən üç gündür ki, mətbuata və TV-lərə müsahibə vermirəm. Amma buna baxmayaraq, adımdan açıqlamalar verilir. Guya mən deyirəm ki, qarabağlılar Suriyada müharibədə iştirakı öyrənsinlər. Mən elan edirəm ki, çıxışım zamanı heç bir təhqirim olmayıb. Yeganə etiraf edirəm ki, çıxışım zaman bir qədər ehtiyatlı olmalıydım. Mən çıxışım zamanı əgər kiminsə qəlbinə dəymişəmsə, üzr istəyirəm. Hesab edirəm ki, bu böyüklük əlamətidir. Eləcə də, istintaq bitməyənə qədər bu haqda açıqlama verməyəcəyəm”.
Qeyd edək ki, deputat ötən gün AZXEBER.COM-a veridiyi açıqlamada qarabağlılardan üzr istəməyəcəyini söyləmişdi:
“Əgər mən səhv etsəydim mən xalqımdan bir ayaqüstündə dayanıb üzür istəyərəm. Əgər mən indi üzür istəsəm o zaman dediyimin səhv olduğunu qəbul etmiş olaram. Ona görə də heç kim məndən inciməsin. Mən qarabağlıların heç birindən üzür istəməyəcəm”.
Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə rusların, yəhudilərin, ermənilərin, rus dilli azərbaycanlıların yaratdığını söyləyib. E. Hüseynovun sözügedən çıxışını təqdim edirik: