"Bank Standard” QSC-nin lisenziyası ləğv edilməsindən sonra Azərbaycanda banklar arasında təşviş yaranıb.
2016-cı ilin yanvar ayından bəri 9 bankın lisenziyası ləğv edildikdən sonra, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri, R.Aslanlı bankların bağlanması prosesinin bitdiyini söyləsə də, çox keçmədən "Bank Standard” QSC-nin lisenziyası ləğv edildi. Sonradan "Bank Standard” QSC-nin bağlnaması banklarda əmanət saxlayan vətandaşlarda narahatçılıq yaradıb və əmanətlərin götürülməsi prosesi kütləvi şəkildə başlayıb. Əksər tanınmış ekspertlərin fikrincə, ikinci devalvasiyadan sonra əksər bankların maliyyə durumu pisləşib və bankların bağlanması prosesi davam etdiriləcək. Ümumiyətlə bankların sayı 8-9 qədər azalması gözlənir.
AZXEBER.COM-un elektron ünvanına daxil olan məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası "Exspress Bank” ASC-də yoxlamalara başlayıb.
Məsələni dəqiqləşdirmək üçün "Exspress Bank”la əlaqə saxladıq. Bankın mətbuat katibliyindən portalımıza verilən məlumata görə, hazırda palatadan heç bir yoxlanış həyata keçirilmir və iddiaların əsası yoxdur.
Qeyd edək ki, "Azadlıq Radiosu"nun yaydığı məlumatda ölkədə iri nüfuza malik olan "Ador” MMC bankın vəziyyətinin pisləşməsi ilə əlaqədar öz səhmlərini sataraq bankın müşahidə şurasını tərk etmişdi. Bundan sonra bankın səhmələri Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Hacəmməd oğlu tərəfindən alınmışdı. Onun E. Pirverdiyevi alqı-satqı əməliyyatında təmsil etdiyi bildirilir. H. Xammədov «Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizinin də sahibidir.