Etika Akademiyası Cocuq Mərcanlıda uşaqlarla tədbir keçirdi - FOTO

Etika Akademiyası Cocuq Mərcanlıda uşaqlarla tədbir keçirdi - FOTO
SOSİAL
21:42 01.06.2019
7270
Etika Akademiyası Uşaqların  Beynəlxalq Müdafiəsi  Günü ilə əlaqədar Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində tədbir təşkil edib.
AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində Cocuq Mərcanlı kəndində  yerləşən məktəbin 1-11 sinif şagirdləri üçün  etiket  və  stəkan üzərində rəsm  üzrə dərslərin keçirilib. Müəllim və valideyn heyəti üçün uşaqlarla davranış qaydaları haqqında seminar  təşkil olunub. 

Tədbirin təşkilatçısı Etika Akademiyasının direktoru Gunel İbrahimdir. Əlavə olaraq etiket üzrə məşqçilər Dinara Usubova, Fəridə Əkbərova, Aytən Atazadə, Flora Ağayeva,  Xanım Kamrandır .  
Tədbirdə 3 qrup şagird (hər biri 15-30 nəfər) ayrı siniflərdə etiket üzrə masa servisi və stəkan üzərində rəsm keçirilib. 

Eyni zamanda məktəbin akt zalında isə müəllim və valideyn heyətinə seminar təşkil edilib. 

Tədbirin sonunda Virtual Realliq texnologiyaları ilə şagirdlərə ulu öndər Heydər Əliyevin iş otağına  (VR da  Etika Akademiyası tərəfindən yığılmış) səyahət edilib. Tədbir 2 saat davam edib.
Tədbirin məqsədi  Cocuq Mərcanlı kəndinin sosial  inkişafı proqramına və təhsildə fərdi inkişafa dəstək olaraq sakinlərinə  bayram münasibətilə   kiçik tohfə verməkdir.
Qeyd etmək istərdik ki ,   Etika Akademiyasının Bakı ( Nərimanov r, Həsənoğlu və Şəki filialında( Heydər Əliyev Mərkəzində, 1 ci mətəbə ) milli kadrların formlaşması qlobal standartlara uyğunlaşdrılmasına yönəldilmiş təlimlər verilir. Avroviziya, Avropa oyunlarında, İnternet İdarəçilik Forumlarında  minlərlə gəncə motivasiya və etiket üzrə təlimlər vermişdir. Bakı Şəhər Təhsil idarəsi ilə birgə əməkdaşlıq nəticəsində onlarla məktəbdə etiket üzrə dərnəklər fəaliyyət göstərir.
Əlaqə :
0125667127
0502308080

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR