Çətin müalicə olunan xərçəng şişləri belə məhv ediləcək - YENİ KƏŞF

Çətin müalicə olunan xərçəng şişləri belə məhv ediləcək - YENİ KƏŞF
SAĞLAMLIQ
19:18 31.05.2022
703
Beynəlxalq elm adamları qrupu çətin müalicə olunan xərçəng şişlərini məhv etməyin yeni yolunu kəşf edib. 

AZXEBER.COM lent.az-a istinadla xəbər verir ki, bu iş yalnız Fox Chase onkoloji mərkəzinin həkimi Balaçandranın rəhbərlik etdiyi komandanın, həkim Poptsovanın rəhbərliyi altında Ali İqtisadiyyat Məktəbi alimlərinin, Melburn universitetindən həkim Uoklinin, Miyazaki Universitetindən həkim Syuy və Müəddəs Yəhuda uşaq araşdırma xəstəxanasının həkimi Tomas, eləcə də InsideOutBio biotexnologiya şirkətindən olan həkim Alan Herbertin əməkdaşlığı sayəsində baş tutub. 

Söhbət mövcud immunoterapiyalara, o cümlədən antitellərə cavab verməyən şişlərdən gedir.

Yeni yanaşmada Z-DNT müalicəsindən istifadə edilir (DNT ikiqat spiralının bir çox mümkün strukturlarından biri, solaxay ikiqat spiraldır-red.) Z-DNT-nin funksiyalarından biri də viruslara qarşı immun reaksiyasını tənzimləməkdir. Bu cavabda Z-DNT-ni xüsusi olaraq tanıyan iki zülal iştirak edir -ADAR 1 (RNT-də (Ribonuklein turşusu) fəaliyyət göstərən adenozin deaminaza - red.) və ZBP1 (Z-DNT-ni bağlayan protein 1 - red.). ADAR1 və ZBP1 arasındakı qarşılıqlı əlaqə bir şiş hüceyrəsinin yaşayıb-yaşamadığını və ya öldüyünü müəyyən edir.

Alimlər ADAR1 yatırılmasının qarşısını ala biləcək və ZBP1 təsiri altında şiş hüceyrələrinin ölümünü birbaşa aktivləşdirə biləcək kiçik bir molekul tapıblar.

Yeni dərman xərçəngə səbəb olan mutasiyadan asılı olmayaraq təsir göstərir. Hüceyrə ölümünün induksiya forması yüksək immunogendir. Reaksiya nəticəsində şişin böyüməsini dəstəkləyən fibroblastlar məhv olur.


Beləliklə, preparat PD-1-i (immun hüceyrələrinin hüceyrə differensiasiyasında rol oynayan immunoqlobulin superfamilyasının membran zülalı - red.) hədəf alan nəzarət məntəqələrini bloklayan antikordan istifadə etməklə immunoterapiyanın effektivliyini artırır.

Dərman kuraksinlər ailəsinə aiddir. Mürəkkəb I faza sınaqlarında təhlükəsiz olduğunu sübut edib, lakin onun anti-PD1 ilə birlikdə klinik istifadəsinin xərçəng müalicəsində fayda verdiyini təsdiqləmək üçün hələ də əlavə tədqiqat tələb olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək