'Ətrafımdakı insanlar deyir səndən yaxşı deputat olar' - MÜSAHİBƏ

MEDIA
12:09 27.03.2012
2065

Rəfiqəsinə zəng edib ad gününü təbrik edəndən sonra ondan müsahibə götürən canlıya jurnalist deyilir. Dünən tanınmış telejurnalist, eyni zamanda rəfiqəm İlhamiyyə Rzanın ad gününü təbrik edəndən sonra müsahibə sualları ünvanlayanda ağlıma gəldi bu tapıntı. Azərbaycan tamaşaçısının ekranlardan, oxucusunun isə qəzet səhifələrindən yaxşı tanıdığı həmkarımız dünən yaşına daha bir yaş əlavə etdi. Təbrik, dərdləşmə, azacıq qeybət... dadında söhbət edəndə isə ortaya aşağıda oxuyacağınız bu mənzərə çıxdı.

- İlhamiyyə, ad günü əhvalına girə bilmisən?

- Düzü, o əhvala girməyə ətrafdakılar kömək edir. Oğlum İbrahim bir həftə əvvəldən soruşmağa başlayır, sonra da hesablayır: 5 gün, 4 gün, 3 gün... qaldı deyə. Çünki ad günümdə daha çox ona hədiyyələr gəlir. Düzü, ad gününü xoşlayanlardan deyiləm. Hər dəfə ad günü gələndə fikirləşirəm ki, eh, yenə ad günümdür. Amma sonra çoxlu dostlarım gəlir, məni təbrik edir və deyirəm ki, nə yaxşı ad günü keçirdim. Çünki zaman keçdikcə onları görmək imkanı azalır. Ad günündə hamı namusa, qeyrətə boğulur, gəlir, görüşürük (gülür).

- Günün ilk təbrikini kimdən və necə almısan? Yəqin İbrahimdən....

- Yox, günün ilk təbriki Aynur Talıbovadan (telejurnalist) gəldi. Gecə 12-də mənə təbrik mesajı yolladı. Mən də cavab yazdım ki, sən birincisən. Gün təzə başlayanda isə Azər Ayxan və Qənirə Paşayeva zəng edib təbrik etdilər. Sonra da sən müsahibə götürdün. Hələ ki qərb bölgəsi aktivdir (gülür).

- Qadınlardan yaş soruşmazlar. Sən istisnasan?

- Düzü, səhər içimdə şeytan hərəkət etdi. İstədim facebook-dakı statusuma 45 yazım. Amma qadın janrının bütün tələblərinə cavab verməliyəm deyə yazmadım.

- Tələbləri pozdun və 45 yaşın olduğunu bütün Azərbaycan öyrəndi. Mən bir şeyi də bilmək istəyirəm: 45 yaş bir qadın üçün nə anlama gəlir?

- 40 yaşdan sonra qadınlara deyilən bütün komplimentləri təsəlli hesab edirəm. Bu yaşımda prioritetlərim dəyişib. Bu dəfə ad günündə çox təbriklər eşitdim və düşündüm ki, görəsən bu arzular sırasında 1-ci yerə nəyi qoyardım.

- Nəyi qoyardın? Doğrudan da arzuların sıralamasında... birinci nə dayanır?

- Neçə gündür xəstəyəm. Hiss edirəm ki, cansağlığı böyük nemətdir. Elə də ciddi prioritet dəyişikliyi deyil. O şeylər ki, həmişə önəmli olub, indi də önəmlidir. Dəyişiklik prioritet dəyərlərimdə yox, fəaliyyətimdə ola bilər. Başqa hədəf üçün can ata bilərəm. Düşünürəm ki, ictimai baxımdan daha fəal olmalıyam. Getdikcə hiss edirəm ki, mən lazımam. Təvazökarlıqdan uzaq da olsa, potensialımı qiymətləndirmək baxımdan kifayət qədər dəyər verməmişəm.

- Mətbuatda yerin görünür. Yəqin ki, bunu məndən başqa tez-tez deyənlər olur sənə.

- Mən fəal yazar olmamışam. “Gündəlik Azərbaycan” qəzetində Həmidlə birgə ortaq yazılarımız olub. “Gecə Kanalı”ndakı söhbətləri yazı kimi duet şəklində yazırdıq. Orda davamlı yazmışam. İndi mətbuatda mövqeyimə ehtiyac var. O mövqe çox az yer alır mətbuatda. Tək mətbuat yox, ictimai mühitdə mənim kimi düşünənlər var.

- Bəs efir baxımdan, telekanallara qayıtma perspektivin varmı? Təkliflər gəlirmi?

- Getdikcə mənə elə gəlir ki, televiziyada yerim yoxdur. Bir dəfə ATV-dən baş redaktorluq təklifi gəldi. Gedib kanalın rəhbərliyi ilə görüşdüm. Dedim, istəyirsizsə gəlim kömək edim, amma mən mane olacam. Açığını deyim ki, mən iş təklifi gözləmirəm. Əsas məsələ əməl təklifidir.

- Necə düşünürsən, bu illərə istədiyin hər şeyi sığışdıra bilmisən?

- Səmimi desəm, bugünlərdə mən ciddi depressiyaya düşdüm. Fikirləşdim ki, 20 il əvvəlki problemlərimi hələ də həll etməmişəm. Əvvəl düşünürdüm ki, filan şeyim yoxdur, amma qabaqda illərim var. İndi də qabaqda illər var, amma cavanlığım yoxdur. Hər şeyin bir zamanı var. Məsələn, biz hələ də ailəlikcə istirahətə, tətilə çıxa bilməmişik. Alındıra bilmirik heç cür. Amma uşağımıza da bir xatirə yaşatmalıyıq.

- Yaxşı, bəs burdan baxanda qarşıdan nə görünür? Səncə, nələr var qabaqda?

- Qabağa baxmaq istəmirəm. Çünki qorxuram. İstəyərdim, yaxşı şeylər olsun. Mənim 45, Həmidin 51 yaşı var. Mən faktiki olaraq öz sahəmdə deyiləm, ayaqda qalmaq üçün başqa sahədə çalışıram. İşim yaxşıdır, amma bu iş üçün yaşamamışam, oxumamışam. Bu, Allahın mənə göndərdiyi bir çörəkdir. Bu yaşımda istədiyim işdə, istədiyim durumda deyiləm. Bundan sonra 45-50 yaşlı adamlara hansısa karyera təklifi ola bilərmi? Sadəcə arzum budur ki, Həmid kitab yazsın, kitabını nəşr etdirsin. Pulumuzu toplayıb, o kitabı çap etdirək. Mən də bəlkə deputat oldum (gülür). Ətrafım bunu çox deyir, hətta mənə millət vəkili deyə müraciət edirlər. İstəyərdim, bu prosesdə iştirak edim, sonuncundan asılı olmayaraq. Prosesin özü mənim üçün maraqlıdır. Böyük mənada ictimai vəkil olmaq istəyirəm. Jurnalist müəyyən mənada hər zaman ictimai vəkil olur. Cəmiyyətin problemlərinə bu və ya digər şəkildə cəlb olunmuş olursan. Missiya etibarilə uyğun gəlir. Hiss edirəm ki, vəkilliyi boynuma qoyublar. Bundan kənara çəkilə bilmirəm. Mən istəsəm də, məni pensiyaya buraxmırlar. Bu da təbiidir. Ancaq ölüdən heç nə gözləmək olmaz. Amma dirisənsə, mütləq həyat nişanələri verməlisən. Sükunətdəsənsə, yaşamırsan. Ona görə də hərəkət etməlisən.

Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır