“Euronews” telekanalı Azərbaycandakı mina problemindən bəhs etdi

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən bəhs etdi
SİYASƏT
13:18 05.04.2025
694
Avropanın informasiya kanalı "Euronews” Avropada mina probleminə həsr olunmuş reportaj hazırlayıb. Materialda Azərbaycana böyük diqqət ayrılıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, reportaj 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə təsadüf edir.

Materialda vurğulanıb ki, Azərbaycan, Bosniya və Herseqovina, Ukraynada münaqişələr səbəbindən Avropada da mina problemi mövcuddur.

Reportajda mina partlayışı nəticəsində yaralanan Həsənəli Əliyevin, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin sözləri təqdim edilir.

"Minaya düşən zaman 23 yaşım var idi", - Həsənəli Əliyev bildirib. Hadisə nəticəsində onun ayağı amputasiya edilib.

BMT-nin məlumatına görə, dünyada orta hesabla hər saat bir nəfər mina partlayışı nəticəsində həlak olur və ya yaralanır, qurbanlar arasında tez-tez uşaqlar və gənclər də olur.

Telekanal qeyd edib ki, Azərbaycan hökuməti minalara qarşı mübarizə üzrə aktiv proqram həyata keçirir, həmçinin əhalinin bu problem barədə məlumatlılığını artırır.

"Minaların zərərsizləşdirilməsi, həmçinin azad edilmiş ərazilərin yenidən qurulması və bərpası - həlli uzun müddət tələb edən məsələdir", - "Euronews” ANAMA-nın metodologiya və təlim şöbəsinin rəhbərinin sözlərini təqdim edib.

Reportajda qeyd olunub ki, mülki şəxslər, xüsusən Həsənəli Əliyev kimi müharibədən zərər çəkmiş regionlarda yaşayanlar arasında mina təhlükəsi haqqında maarifləndirmə işinin davam etdirilməsinə ehtiyac var.

"Euronews” qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, dünyanın 64 ölkəsində 10 milyona qədər mina quraşdırılma ehtimalı var və hər il ərazilərə daha 2-5 milyon yeni qurğu yerləşdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır