“Azərbaycanda “Eurovision -2012” müsabiqəsinin keçirilməsi ilə bağlı hazırda Bayraq Meydanında tikinti gedir.
Ehtiyat variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunda da təmir aparılır. Bu stadion “Eurovison” müsabiqəni qəbul edə bilər”.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, bununla yanaşı, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də müsabiqəni qəbul etməyə hazırdır: “Amma həmin binanın müasir standartlara uyğunlaşdırılması üçün müəyyən işlər görülməlidir. Biz müsabiqənin keçirmək üçün heç bir problem görmürük. İnanıram ki, Azərbaycan 2012-ci ilin mayında müsabiqəni çox layiqli şəkildə keçirəcək”.