"Eurovision 2012"-də könüllü fəaliyyət göstərmək istəyən gənclərə xoş xəbər

"Eurovision 2012"-də könüllü fəaliyyət göstərmək istəyən gənclərə xoş xəbər
ŞOU-BİZNES
03:02 20.12.2011
2912
Azərbaycanda keçiriləcək "Eurovision-2012" musiqi müsabiqəsində könüllü fəaliyyət göstərmək istəyən gənclər üçün şərait yaradılıb.AZXEBER.COM-un məlumatına görə, bunun üçün "İrəli" İctimai Birliyinin rəsmi saytında yaradılmış https://www.ireli.az/eurovision2012 bölməsinə daxil olub, müraciət formasını doldurmaq kifayətdir.  

Müraciət formasını düzgün doldurduqdan sonra məlumatlar bazaya əlavə olunacaq və təşkilatçılar yaxın zamanda sizinlə əlaqə saxlayacaqlar. Son müraciət tarixi 24 dekabrdır. Əlavə suallarınızla bağlı [email protected]/* */ ünvanına müraciət edə bilərsiniz.    Qeyd edək ki, "İrəli" İctimai Birliyinin üzvləri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə aktivlik nümayiş etdiriblər. Bu səbəbdən "Eurovision-2012"-in təşkilində də ən çox "İrəli"çi gənclərin fəallığı gözlənilir. 

OXŞAR XƏBƏRLƏR