Eurovision 2012 ilə bağlı akkreditasiyanın vaxtı açıqlandı
MƏDƏNİYYƏT
12:24 11.02.2012
2231
Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-də nümayəndə heyətləri, pressa və fanlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb.AZXEBER.COM-un müsabiqənin rəsmi internet saytı eurovision.tv-yə istinadən yaydığı xəbərə görə, akkreditasiya prosesi fevralın 15-i Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək.Akkreditasiya prosesi Eurovision Mahnı Müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək.Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.May ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012 üçün biletlər və otellər barədə ətraflı məlumat yaxın zamanlarda açıqlanacaq.