'Eurovision 2012' ilə əlaqədar xaricdən Azərbaycana gəlmək istəyənlər üçün yenilik
MƏDƏNİYYƏT
22:32 10.02.2012
3010
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında fərman imzalayıb.AZXEBER.COM-un məlumatına görə, Bakı şəhərində keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.Fərmana əsasən, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:1. "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;3. "Eurovision 2012" mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.Bu fərmanın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:1. "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək;2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə "Eurovision 2012" mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək.Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsin.Fərmanda, həmçinin qeyd olunub ki, Xarici İşlər Nazirliyi "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir; "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Xarici İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.