“Eurovision-2012” milli seçim turunun üçüncü yarımfinalçısı seçildi
ŞOU-BİZNES
20:21 18.12.2011
2033
Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun üçüncü yarımfinalçısı məlum olub.Həftənin birincisi həm tamaşaçılar, həm də münsiflərin səsverməsi nəticəsində Xəyyam Mustafazadə olub. Üçüncü həftənin 2-si Altun Zeynalov, 3-sü Anar Səfərov, 4-sü Rövşən Əzizov, 5-si Rüstəm Əlləzov, 6-sı Aysel Quluzadə, 7-si Fərid Ramazanov, 8-si Aytac Vəliyeva və 9-su Yelena Kərimova olub. Hər həftənin sonuncu günündə olduğu kimi bu gün də milli seçimlərin xüsusi qonaqları olub. Bu sırada əməkdar artist Tünzalə Ağayeva, modelyer Fəxriyyə Xələfovanın adını qeyd etmək olar. Əməkdar artist Sevda Ələkbərzadə isə öz ifaları ilə seçim iştirakçılarına dəstək olub və onlara mübarizədə uğurlar arzulayıb.