Son günlər «Facebook» və digər sosial şəbəkələrdə, eləcə də internet saytlarında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır. «Eurovision-2012»-nin İşçi Qrupundan verilən məlumata görə, may ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək. «Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır. Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və «Eurovision» İşçi Qrupunun «Facebook» və «Twitter»dəki https://www.facebook.com/EurovisionSongContestBaku2012 və https://twitter.com/ESC2012Official rəsmi milli səhifələrindən əldə etmək olar.
APA