''Eurovision-2012'nin aparıcısı Nərgiz Birk-Petersen kimdir? - FOTOLAR

MƏDƏNİYYƏT
13:22 24.04.2012
11733
Əcnəbi vətəndaşla evli olan Nərgiz Birk-Petersen haqqında bilmədiklərimiz..May ayında Bakıda keçiriləcək “Avroviziya-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin ictimaiyyətə tanış olmayan aparıcısı Nərgiz Birk-Petersenin kimliyini dəqiqləşib. Əməkdaşımızın araşdırması nəticəsində məlum olub ki, hamının uzun müddət haqqında bilmək istədiyi Nərgiz Birk-Petersen Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin doğma qızıdır. Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı quran Nərgiz xanım hazırda paytaxt Kopenhagendə yaşayır. Bakıda anadan olan Nərgiz Xəzər Unversitetini bitirib. Hələ tələbəlik illərində o, Xəzər Unversiteinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. Daha sonra təhsilini ABŞ-da davam etdirən Nərgiz orada huquq təhsili alıb. O, həmçinin bir müddət model kimi də çalışıb. Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. “Azərbaycanın bu mötəbər yarışmaya qatılması mənim üçün çox maraqlı oldu. Qalib gədiyimiz zaman sevincimin həddi-hüdudu yox idi. Mən dərhal hiss etdim ki, 2012-ci ildəki yarışmanın bir parçası olmalıyam. Belə mühüm yarışmanı dünyaya təqdim edəcəyimdən qürur hissi duyuram”-deyə Nərgiz qısa müsahibələrinin birində qeyd edib. Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur. O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib. Nərgiz Birk-Petersen bu il yanvarın 25-də “Buta Palace” sarayında “Eurovision-2012” Mahnı Müsabiqəsinin püşkatmasında da aparıcılıq edib. O, ana dili ilə yanaşı, ingilis rus, Danimarka dillərini də bilir... Nərgiz xanımın iki övladı var. /// modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq