"Eurovision-2012"nin başlayacağı saat açıqlandı – DƏQİQ VAXT

MƏDƏNİYYƏT
00:46 28.01.2012
3724

Səsvermə şounun son 15 dəqiqəsində baş tutacaq

Eurovision-2012” Mahnı Müsabiqəsi Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. AZXEBER.COM-un məlumatına görə, müsabiqənin icraedici rəhbəri Yan Ola Sand "Eurovision" yarışmasının bir qayda olaraq axşam saat 9-da başladığını bildirib. Bu da Bakı vaxtı ilə gecə saat 12 deməkdir, yəni saat 00:00. Yan Ola Sand “Eurovision-2012” Mahnı Müsabiqəsinin səsverməsinin şounun son 15 dəqiqəsində həyata keçiriləcəyini deyib: "Bu qərarı verməkdə məqsəd tamaşaçıların fikrini şoudan yayındırmamaqdır. Son iki ildə yeni səsvermə üslubunu sınadıq. Səsvermə prosesi bütün şou boyu həyata keçirildi, amma gördük ki, bu tamaşaçıların şounu yaxşı izləmələrinə mane olur. Qərara gəldik ki, bu ildən etibarən şounun sonunda 15 dəqiqə səsverməni bərpa edək. İştirakçıların qiymətləndirilməsi 50 faiz tamaşaçı səsverməsinə, 50 faiz isə münsiflər heyətinə aiddir”. Qeyd edək ki, "Eurovision 2012" Mahnı Müsabiqəsi 22, 24 və 26 may 2012 tarixlərində Bakıda baş tutacaq. 22 mayda keçiriləcək birinci yarımfinalda 18 ölkə - Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San Marino, İsrail, İrlandiya və Macarıstan iştirak edəcək. 24 mayda keçiriləcək ikinci yarımfinalda 19 ölkə - Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə,Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Hersoqovina iştirak edəcək. Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və qalib ölkə kimi Azərbaycan 26 mayda baş tutacaq final mərhələsində iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq