'Eurovision-2012'nin qalibi hansı ölkə olacaq?

MƏDƏNİYYƏT
10:30 26.05.2012
2638
Bu gün Bakıdakı “Baku Crystal Hall”da “Eurovision-2012”nin finalı keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, ənənəyə uyğun olaraq, finalı ötən ilki müsabiqənin qalibi Ell & Nikki dueti “Running Scared” açacaq. Amma Eldar və Nigar tanınmış mahnını bu dəfə fərqli üslubda - milli musiqi alətlərinin müşayiəti ilə təqdim edəcəklər. Açılışda ustad sənətkar Alim Qasımov da səhnəyə çıxacaq. Açılış performansından sonra səhnəyə britaniyalı müğənni Engelbert Hamperdink,, ardınca Macarıstanın “Compact Disco” rok qrupu, Albaniya təmsilçisi Rona Nişliu, litvalı Donni Montell, Bosniya və Hersoqovina təmsilçisi Maya Sar çıxacaqlar. Beşinci sırada Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupu səhnədə yer alacaq. İslandiya təmsilçiləri Qreta Saloume və Younsi yeddinci, Kiprdən olan İvi Adamu səkkisinci, Fransa təmsilçisi, İndoneziya əsilli pop müğənnisi Anqqun doqquzuncu, İtaliya müğənnisi Nina Zilli onuncudur. Ardınca “Baku Crystal Hall” səhnəsinə estoniyalı Otta Lepland, Norveç təmsilçisi Tuci çıxacaq. Ev sahibi - Azərbaycanı təmsil edən Səbinə Babayevanın çıxışı 13-cüdür. O, “When the music dies” mahnısını ifa edəcək. Ondan sonra Rumıniyanı təmsil edən “Mandinga” qrupu, danimarkalı müğənni Soluna Samay, Yunanıstan təmsilçisi Elefteriya Elefteriu çıxış edəcəklər. Bukmekerlərin favoriti - isveçli müğənni Lorinin sıra nömrəsi 17-cidir. Ondan sonra Türkiyə təmsilçisi Can Bonomo, italiyalı iştirakçı Pastora Soler, almaniyalı müğənni Roman Lob, Maltadan olan Kurt Kalleya, makedoniyalı Qaytana və Moldova təmsilçisi Paşa Parfeniy öz performanslarını nümayiş etdirəcəklər. Səsvermə üçün ayrılmış vaxtda səhnəyə tanınmış müğənni və bəstəkar Emin Ağalarov çıxacaq. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edəcək. “Eurovision-2012”nin qalibi tamaşaçılar və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcək. Bukmekerlərin proqnozlarına görə, finalda qələbəyə ən şanslı namizəd isveçli Lorindir. “Buranovskiye babuşki” ikinci yerdədir. İlk “onluğ”a İtaliya, Bğöyük Britaniya, Serbiya, Rumıniya, İrlandiya, Kipr, Danimarka, Almaniya təimsilçiləri də daxildirlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir