''Eurovision-2013'' daha iki iştirakçını itirir

MƏDƏNİYYƏT
08:05 30.11.2012
1613
Yunanıstan və Kipr gələn il keçiriləcək “Eurovision-2013” musiqi müsabiqəsində iştirak etməyə bilər. AZXEBER.COM-un məlumatına görə, buna səbəb bu ölkələrdə böhranın olmasıdır.Belə ki, Kiprin bu müsabiqədə iştirak etməsi ona 150 min avroya başa gələcək. Kiprin İctimai Televiziyası bu pulların ayrılması barədə hələ tam qərar qəbul etməyib.Bu məsələ bu gün Yunanıstan İctimai Televiziyasını da düşündürür. Çünki Kiprin bu müsabiqədə olmaması Yunanıstanın real 12 xal səs itirməsi deməkdir.

OXŞAR XƏBƏRLƏR