'Eurovision-2013'ün ən son biletləri satışa çıxarılacaq
MƏDƏNİYYƏT
11:18 05.04.2013
1240
İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin ən son biletləri aprelin 8-dən satışa çıxarılacaq. “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında bu barədə yazılıb.Saytda bir qədər əvvəl satışa çıxarılmış biletlərin, o cümlədən mayın 18-də keçiriləcək final şousunun biletlərinin artıq satıldığı bildirilir. İndi isə müsabiqənin bütün konsertlərinin və məşqlərinin biletləri satışına start veriləcək.Biletlərin satışı aprelin 8-də ticnet.se saytında Mərkəzi Avropa vaxtı ilə səhər saat 10:00-dan başlanacaq.