Aprelin 24-də Moskvadakı “Korston Club Hotel” mehmanxanasında “Eurovision 2015” mahnı müsabiqəsi iştirakçılarının konserti olacaq.Səhnəyə digər iştirakçılarla yanaşı, Azərbaycan təmsilçisi Elnur Hüseynov da çıxacaq.
Hər il keçirilən pre-partidə həmçinin ötən illərin iştirakçıları, o cümlədən Ell & Nikki dueti də çıxış edəcək.
Qeyd edək ki, “Eurovision-2015” yubiley müsabiqəsi Avstriyanın paytaxtı Vyanada mayın 19-dan 23-dək keçiriləcək. Azərbaycanı müsabiqədə Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.// AzərTac