Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıblar.
AZXEBER.COM-un məlumatına görə, mayın 12-də gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib. Qonaqları Heydər Əliyev beynəlxalq hava limanında qarşılayanlar sırasında eurovision.az saytının əməkdaşları da olub. Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq "Sarı gəlin" xalq mahnısını canlı ifa edib. "Elə bil ikinci Vətənimdəyəm" deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib.