'Eurovision ölkələrində “Demokratiya naminə səs ver!” kampaniyasına başlamışıq'

MƏDƏNİYYƏT
17:52 12.05.2012
1803
“Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, ölkədə insan hüquqlarının, söz azadlığının ümumi durumu ilə bağlı hesabatlar hazırlanıb. “İctimai televiziyanın verilişlərinin Avropa Yayım Birliyinin standartlarına uyğunluğu ilə bağlı isə xüsusi monitorinq aparmışıq”, - deyə o qeyd edib.Cənab Cəfərovun fikrincə, ölkədə insan hüquqlarının durumu pisləşməkdə davam edir. “Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının, eyni ilə də bizim davamlı mübarizəmizə baxmayaraq ölkədə heç də insan hüquqlarının durumunun yaxşılaşmasından danışa bilmərik. Çünki, vəziyyət olduğundan da bir qədər pisləşməyə doğru gedib”.Onun sözlərinə görə, kampaniya başlayandan indiyədək beynəlxalq mediada Azərbaycanda insan haqları ilə bağlı yüzdən çox məqalə dərs edilib. “Artıq, beynəlxalq ictimaiyyətin diqqəti ölkədə insan haqlarının gərgin durumuna yönəlib. Məsələn, Avropa Parlamentinin prezidenti, Avropa Şurasının rəhbərləri, beynəlxalq səviyyədə tanınmış musiqiçilər Azərbaycanda insan hüquqları ilə bağlı fikir bildirib. Ümid edirik ki, Bakıya gələcək tanınmış musiqiçilərdən də müəyyən mesajlar gələcək”.Cəfərov “Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində “Demokratiya naminə səs ver!” kampaniyasına start verildiyini deyib. “Biz Avropa vətəndaşlarına və xüsusilə də Eurovision fanatlarına müraciət edəcəyik ki, əgər xüsusi seçimləri yoxdursa demokratiya və insan haqları sahəsində problemləri olan ölkələrə səs versinlər. Belə olan halda “Demokratiya naminə musiqi” kampaniyasını həmin ölkələrdə davam etdirəcəyik. Bu ölkələr sırasında Azərbaycan, Belorus, Ukrayna var və digər ölkələri də siyahıya daxil edə bilərik. İstəyirik ki, festival çərçivəsində insan haqları ilə bağlı duruma yardım göstərilsin”.“Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində mayın 16-da Bakıda “İnsan haqlarının mövcud durumu və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Mayın 19-da Bakıda insan haqlarına, demokratiyaya həsr olunmuş mahnılardan ibarət musiqili parti təşkil ediləcək. Mayın 21-də Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək. Nəhayət, mayın 22-dən 26-dək, Eurovision mahnı müsabiqəsinin yarımfinallarından finalınadək olan dövrdə “İnsan haqlarına dəstək verin!”, “Demokratiyanı dəstəkləyin!”, “Demokratiya naminə oxuyun!”, “Vicdan məhbuslarına azadlıq!”, “Jurnalsitlərə azadlıq!”, “Söz azadlığına dəstək ol!” və başqa şüarlar yazılmış, habelə həbsdə olan vicdan məhbuslarının şəkilləri olan köynəklər geyinərək müxtəlif kampaniyalar təşkil ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir